...

Azərbaycan - İngiltərə oyununun vaxtı dəyişib

İdman Materials 28 Sentyabr 2024 07:15 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının DÇ-2025-in seçmə mərhələsindəki açılış oyununun vaxtı dəyişdirilib.

Trend xəbər verir ki, qarşılaşma oktyabrın 4-də baş tutacaq. Azərbaycan - İngiltərə oyunu saat 14:45-də yox, 16:00-da başlayacaq.

Millinin qalan oyunlar təyin olunmuş vaxtlarda baş tutacaq.

5 oktyabr
14:45 Azərbaycan – Gürcüstan
7 oktyabr
20:00 İspaniya – Azərbaycan

Xatırladaq ki, milli təlim-məşq toplanışını Türkiyədə keçirir.

Xəbər lenti

Xəbər lenti