...

“Liverpul”un müdafiəçisi karyerasını başa vurub

İdman Materials 12 Oktyabr 2024 17:35 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin “Liverpul” və Almaniyanın “Şalke” klublarının sabiq müdafiəçisi Yoel Matip karyerasını başa vurub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçinin ingilis klubu ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatıb, bundan sonra futbolçu digər komandalarla müqavilə imzalamayıb.

Qeyd edək ki, Matipin 33 yaşı var və 2016-cı ildən "Liverpul"da çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti