...

Azərbaycan güləşçiləri “Zaqreb Open”də uğurla çıxış edir

İdman Materials 7 Fevral 2025 23:44 (UTC +04:00)
Azərbaycan güləşçiləri “Zaqreb Open”də uğurla çıxış edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turniri davam edir.

Trend xəbər verir ki, bu gün daha dörd güləşçimiz “Zaqreb Open”də mübarizəyə qoşulub.

59 kq
Alyona Kolesnik macarıstanlı Erika Boqnarı (5:2) və amerikalı Mikaela Bekə (tuş) qalib gələrək yarımfinala yüksəlib. Günay Qurbanova isə amerikalı Sofiya Makalusonu (tuş) və moldovalı Mariana Çerdivarayanı (8:2) məğlub edib. Yarımfinalda Kolesnik Çerdivaranı 3:1, Qurbanova isə Beki 6:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Həlledici görüşdə milli komandamızın üzvləri qarşılaşıb və Günay Qurbanova 4:2 hesabı ilə qalib gələrək turnirin qalibi olub.

63 kq
Murad Məmmədov ilk mərhələdə özbəkistanlı Aytjan Xalmaxanova 5:14 hesabı ilə məğlub olub.

Ziya Babaşov isə belaruslu Gleb Makarankaya (AİN) qalib gələrək (2:1) yarımfinala yüksəlib, lakin finala gedən yolda rusiyalı Dinislam Bammatova (AİN) 0:8 hesabı ilə uduzub. Bürünc medal uğrunda amerikalı Ellis Kolmana qarşı güləşən Babaşov 3:5 hesabı ilə məğlub olub.

67 kq
Həsrət Cəfərov təsnifat mərhələsində norveçli Morten Toreseni 5:1 hesabı ilə mübarizədən kənarlaşdırıb. Daha sonra moldovalı Valentin Petiçlə qarşılaşmada 7:0 önə keçsə də, aldığı ciddi qulaq zədəsinə görə yarışdan çəkilməli olub.

Bu çəkidəki digər təmsilçimiz Fərid Xəlilov serbiyalı Sebastyan Nadaya qarşı sonuncu xal prinsipinə görə (3:3) məğlub olub.

Qeyd edək ki, Azərbaycan yığması turnirdə ümumilikdə 7 medal qazanıb.

Qızıl:

Kənan Heybətov (70 kq)
Günay Qurbanova (59 kq)
Gümüş:

İslam Bazarqanov (57 kq)
Arseni Cioyev (86 kq)
Osman Nurmaqomedov (92 kq)
Bürünc:

Nurəddin Novruzov (61 kq)
Əli Rəhimzadə (65 kq)
Abubakr Abakarov (92 kq)

Xəbər lenti

Xəbər lenti