...

Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək

İdman Materials 15 Mart 2025 13:26 (UTC +04:00)
Bakı növbəti dəfə Beynəlxalq Şahmat Festivalına ev sahibliyi edəcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Şahmat Federasiyası (AŞF), Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open - 2025” Beynəlxalq Şahmat Festivalı keçiriləcək.

AŞF-nin mətbuat xidmətindən Trend-ə bildirilib ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək. Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin aprelin 27-30-da keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Baku Open - 2025” Beynəlxalq Şahmat Bakı Kristal Zalında 27 aprel (gəlmə günü) - 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 55 min ABŞ dollarına bərabərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti