...

Formula 1 üzrə Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi məlum olub

İdman Materials 12 Aprel 2025 22:55 (UTC +04:00)
Formula 1 üzrə Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi məlum olub

Bakı. Trend:

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Bəhreyn Qran-Prisinin seçmə mərhələsinin qalibi olub.

Trend-in məlumatına görə, Yarış Saxır avtodromunda keçirilib.

İkinci yeri “Mercedes” komandasının britaniyalı pilotu Corc Rassel tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Şarl Lekler tamamlayıb. İkinci təsnifat sessiyası zamanı “Haas” komandasının fransalı pilotu Esteban Okon qəzaya düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti