...

"Real" səfərdə "Alaves"i minimal hesabla məğlub etdi

İdman Materials 14 Aprel 2025 03:04 (UTC +04:00)
"Real" səfərdə "Alaves"i minimal hesabla məğlub etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasında 31-ci turun oyunları çərçivəsində bu gün dörd qarşılaşma baş tutub.

Trend xəbər verir ki, turun diqqət çəkən oyununda Madrid "Real"ı səfərdə autsayderlər sırasında yer alan "Alaves" üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunun taleyini təyin edən yeganə qol matçın ikinci hissəsində vurulub.

Qarşılaşmada maraqlı anlardan biri də "Real"ın ulduz hücumçusu Kilian Mbappenin aqibəti olub – fransalı futbolçu 38-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Qələbə sayəsində "Real" liderliyini möhkəmləndirməyə davam edir.

15:00. "Osasuna" – "Jirona" 2:1
17:15. "Alaves" - "Real Madrid" 0:1
19:30. "Betis" - "Vilyarreal" 1:2
22:00. "Atletik" - "Rayo Valyekano" 3:1

Xəbər lenti

Xəbər lenti