...

"Olimpiakos" Yunanıstan çempionu olub

İdman Materials 14 Aprel 2025 04:51 (UTC +04:00)
"Olimpiakos" Yunanıstan çempionu olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan çempionatının 29-cu turunda "Olimpiakos" AEK-i 1:0 hesabı ilə məğlub edərək mövsümün sonuna üç tur qalmış çempionluğu təmin edib.

Trend xəbər verir ki, bu, "Olimpiakos"-un son üç il ərzində ilk, ümumilikdə isə 48-ci çempionluğudur.

Klub, bu göstərici ilə Yunanıstan çempionatının rekordçusudur.

Qeyd edək ki, Yunanıstanın digər bütün klublarının birlikdə qazandığı çempionluqların sayı cəmi 41-dir.

Xəbər lenti

Xəbər lenti