...

Yerüstü piyada keçidləri təmir edildi (FOTO)

İqtisadiyyat Materials 1 Sentyabr 2016 15:58 (UTC +04:00)
Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib.
Yerüstü piyada keçidləri təmir edildi (FOTO)

Bakı. Trend:

Ziya Bünyadov prospektində yerləşən yerüstü piyada keçidləri təmir edilib.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, təmir işləri vətəndaşların müraciəti əsasında aparılıb. Ətrafda yaşayan sakinlərin və mütamadi olaraq yerüstü piyada keçidlərindən istifadə edən vətəndaşlaın pilləkan hissələrdə yeni tutacaqların quraşdırılması ilə bağlı “Azəravtoyol” ASC-ə müraciəti əsasında sözügedən keçidlərdə yeni tutacaqlar quraşdırılıb.

“Azəravtoyol” ASC vətəndaşlardan keçidlərdən istifadə edərkən nizam-intizamlı olmalarını və dövlət əmlakına zərər vurmamağı xahiş edir. Bu cür halların yenidən təkrarlanacağı təqdirdə həmin şəxslər barəsində qanunvericilik çərçivəsində ölçü götürüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti