...

Azərbaycanın ilk taksit kartı Bolkart 5 yaşında

İqtisadiyyat Materials 26 Oktyabr 2016 13:14 (UTC +04:00)
5 il bundan əvvəl ölkəmizin bank sektorunda sözün əsl mənasında böyük bir inqilab baş verdi – ilk dəfə olaraq Azərbaycan müştərisi hissə-hissə ödənişli kredit kartı – Bank of Baku-nun Bolkart məhsulu ilə tanış oldu.
Azərbaycanın ilk taksit kartı Bolkart 5 yaşında

Bakı. Trend:

5 il bundan əvvəl ölkəmizin bank sektorunda sözün əsl mənasında böyük bir inqilab baş verdi – ilk dəfə olaraq Azərbaycan müştərisi hissə-hissə ödənişli kredit kartı – Bank of Baku-nun Bolkart məhsulu ilə tanış oldu.

Bankdan Trend-ə verilən məlumata görə, dünya təcrübəsini Azərbaycana ilk dəfə gətirməklə, alış-veriş sevərlərə geniş imkanlar təqdim edən Bolkart bu gün artıq 5 yaşını qeyd edir. 5 il ərzində yüz minlərlə müştərinin rəğbətini qazanan Bolkart daim yeniləndi, xidmət dairəsini genişləndirərək istifadəçilərinə bol-bol üstünlüklər qazandırdı və uşaqdan tutmuş böyüyə qədər hər kəsin sevimlisinə çevrildi.

Bank of Baku, Bolkartın 5 illiyi münasibətilə onu sevib-seçən müştərilərini sürpriz dolu lotereya, müxtəlif kampaniyalar və hədiyyələrlə sevindirmək niyyətindədir.

Bu məqsədlə düz bir ay ərzində Bolkartlılara 500 və daha çox hədiyyələr qazandıracaq çoxsaylı kampaniyaların keçiriləcəyini bildirən Bank of Baku-nun Reklam və İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru, Nigar Tahirova: “Bolkartın 5 yaşı münasibətilə, “Bolkartla Qazan”aylığına start verdik. Bir ay ərzində həm cari Bolkartlılarımıza, həm də yeni Bolkart əldə edəcək müştərilərimizə bol-bol hədiyyələrimiz olacaq. Bizi seçən bütün müştərilərimizə təşəkkürümüzü bildiririk. Bolkartımızın 5 yaşında sevincimizi onlarla paylaşmaq istərdik. Hər kəsi, Bolkartla qazanmağa dəvət edirik”, deyə qeyd edib.

Bolkartın 5 yaşı münasibətilə keçiriləcək lotereya və kampaniyalar haqqında məlumatla Bolkartın, eləcə də Bank of Baku-nun rəsmi facebook səhifəsindən və internet ünvanlarından tanış ola bilərsiniz.

Daha ətraflı:

145 məlumat mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti