...

Tütün və tütün məmulatları istehsal edənlərə QADAĞA

İqtisadiyyat Materials 3 Noyabr 2016 14:24 (UTC +04:00)
Tütün və tütün məmulatlarının istehsalı ilə məşğul olan şirkətlər sponsor fəaliyyəti ilə məşğul ola bilməzlər
Tütün və tütün məmulatları istehsal edənlərə QADAĞA

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda tütün və tütün məmulatlarının istehsalı ilə məşğul olan şirkətlər sponsor fəaliyyəti ilə məşğul ola bilməzlər.

Trend-in məlumatına görə bu, Milli Məclisin aqrar siyasət komitəsində müzakirə edilən “Tütün və tütün məmulatı” haqqında Qanuna dəyişikliklər edilməsi barədə əlavə və dəyişikliklər layihəsində öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün və tütün məmulatları alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

“Reklam haqqında” qanuna uyğun olaraq tütün və tütün məmulatlarının reklamı qadağan edilir.

Komitənin iclasında həmçinin “Çayçılıq haqqında” qanuna dəyişikliklər də müzakirə olunub. Dəyişikliyə əsasən, çay məmulatlarının “Reklam haqqında” qanuna uyğun olaraq reklam edilməsi təklif olunub.

Hər iki qanun layihəsinə dəyişikliklər Milli Məclisin plenar iclasında baxılması üçün tövsiyə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti