...

Azərbaycan və Litva arasında turizmin inkişaf perspekrtivləri müzakirə olunub

İqtisadiyyat Materials 3 May 2017 11:12 (UTC +04:00)
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Birştonas şəhərinin meri Niyole Dirqinçienenin dəvəti ilə şəhər meriyasında olub.
Azərbaycan və Litva arasında turizmin inkişaf perspekrtivləri müzakirə olunub

Bakı. Trend:

Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Birştonas şəhərinin meri Niyole Dirqinçienenin dəvəti ilə şəhər meriyasında olub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə H.Məmmədzadə Azərbaycan və Litva arasında qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyini bildirib, ikitərəfli hökumətlərarası birgə komissiyanın və parlamentlərarası dostluq qrupunun fəaliyyəti haqqında söz açılıb.

Səfir həmçinin, Azərbaycanın son illərdə iqtisadi və sosial sahələrdə əldə etdiyi nailiyyətlər haqqında Birştonas merinə məlumat verib.

Öz növbəsində, N.Dirqinçiene Azərbaycanda olduğunu qeyd edərək, azərbaycanlıların qonaqpərvərliyindən söz açıb və Bakının gözəlliyinin onu valeh etdiyini bildirib. Daha sonra mer şəhərinin tarixi, mədəni abidələri və sosial-iqtisadi vəziyyəti barədə məlumat verərək, şəhərdə fəaliyyət göstərən sanatoriyalar haqqında danışıb və Azərbaycandan turistlər qəbul etməyə hazır olduqlarını vurğulayıb.

Görüş zamanı, həmçinin Birştonas və Azərbaycanın şəhərlərindən biri arasında əməkdaşlıq münasibətlərinin qurulması məsələsi müzakirə olunub. Qeyd olunub ki, bu münasibətlər iki şəhər arasında bütün sahələrdə əməkdaşlığın qurulması üçün imkan yaradacaq.

Sonra səfir H.Məmmədzadə Birştonas şəhərindəki turizm obyektləri və sanatoriyaların fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti