...

"AtaTravel"dən tələbələr üçün müsabiqə

İqtisadiyyat Materials 30 Oktyabr 2017 11:55 (UTC +04:00)
“AtaTravel” MMC turizm şirkəti turizm fakültələrinin yuxarı kurslarında təhsil alan tələbələr üçün müsabiqə təşkil edir.
"AtaTravel"dən tələbələr üçün müsabiqə

Bakı. Trend:

“AtaTravel” MMC turizm şirkəti turizm fakültələrinin yuxarı kurslarında təhsil alan tələbələr üçün müsabiqə təşkil edir.

MMC-dən Trend-ə verilən məlumata görə, adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər.

Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur prqoram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr tur proqramı oktyabr noyabr ayının 11-nə qədər [email protected] ünvanına göndərə bilərlər.

Müsabiqəyə təqdim edilmiş tur proqramlar sözügedən müsabiqə üçün təşkilatçı tərəfindən formalaşdırılmış xüsusi münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcək. Müsabiqədə fərqlənən iştirakçıya sertifikat və daxili tur təltif ediləcək. Qeyd edək ki, müsabiqə tuizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilir.

“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti