...

Kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək

İqtisadiyyat Materials 30 Noyabr 2017 19:20 (UTC +04:00)
Bakıda kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək.
Kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək

Bakı. Trend:

Bakıda kiçik sahibkarların əl işlərinin sərgisi keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, dekabrın 7-də saat 11:00-dan etibarən Bakı Biznes Mərkəzində (Ünvan: Bakı şəhəri, Neftçilər prospekti, 44) İqtisadiyyat Nazirliyi və Sahibkar Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanların əl işlərindən ibarət “Kiçik sahibkarların yaratdıqları” sərgisi keçiriləcək.

Sərgidə kiçik sahibkarların əl işləri - rəsmlər, suvenirlər, bijuteriyalar, oyuncaqlar, ağacdan oymalar və s. nümayiş olunacaq və satışı həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti