Bakı. Maksim Tsurkov - Trend:
Krasnoyarsk beynəlxalq hava limanından Bakıya sərnişin reyslərinin sayı yayda həftədə iki dəfəyədək artırılacaq.
Trend-in məlumatına görə, Krasnoyarsk-Bakı marşrutu ilə uçuşları "İrAero" aviaşirkəti həyata keçirəcək, iyulun 18-dən isə "Nordwind Airlines" aviaşirkəti bu xətt üzrə reysləri işə salacaq.
Bildirilir ki, "İrAero" uçuşları yay uçuş cədvəli başa çatanadək, oktyabrın 27-dək hər həftənin şənbə günləri həyata keçirəcək.
"Nordwind Airlines" şirkəti isə iyulun 18-dən oktyabrın 24-dək hər həftənin çərşənbə günləri uçuşlar həyata keçirəcək.