...

"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyəti öyrənilir

İqtisadiyyat Materials 2 Oktyabr 2018 13:53 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birlikdə həyata keçirdiyi "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyətinin öyrənilməsi məqsədilə görüş keçirilib.
"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyəti öyrənilir

Bakı. Trend:

Oktyabrın 2-də Dövlət Gömrük Komitəsində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin birlikdə həyata keçirdiyi "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın icra vəziyyətinin öyrənilməsi məqsədilə görüş keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, görüşdə DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov və həmin idarənin əməkdaşları, "Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın Qaradəniz seqmenti üzrə koordinatoru Naida Şamilova, "Ernst&Young" şirkətininin nümayəndəsi Laurenco Plane De Carreto iştirak ediblər.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev 2011-ci ildən həyata keçirilən proqram çərçivəsində Azərbaycan Gömrük Xidmətinin müvafiq avadanlıqlarla təmin olunduğunu, əməkdaşların bu sahədəki biliklərinin artırılması üçün təlimlər keçirildiyini diqqətə çatdırıb və digər tədbirlər barədə məlumat verib.

"Ernst&Young" şirkətininin nümayəndəsi Laurenco Plane De Carreto bildirib ki, məqsəd proqramın təkmilləşdirilməsinə, risklərin müəyyən edilməsinə, daha uğurlu nəticələrin ortaya qoyulmasına nail olmaqdır. Qeyd edilib ki, sonda hesabat hazırlanacaq və ən uğurlu nəticə ölkələr arasında paylaşılacaq.

"Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram"ın milli əlaqələndiricisi Fikrət Ələsgərli layihə çərçivəsində yeni əlaqələrin qurulmasını və nəticədə bir sıra hüquqpozma hallarının aradan qaldırılmasını proqramın uğuru kimi qiymətləndirib.

DGK Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Güloğlan Muradlı layihə çərçivəsində əməkdaşların potensialının gücləndirildiyini, bu sahədə təlimçilərin hazırlandığını diqqətə çatdırıb, qarşıda duran vəzifələr barədə məlumat verib.

Qeyd edək ki, görüşdən sonra layihənin həyata keçirildiyi müvafiq gömrük postlarında proqramın icra vəziyyətilə bağlı müşahidələr aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti