...

Bakı-Naxçıvan aviareysi ləngiyir

İqtisadiyyat Materials 26 Noyabr 2018 11:22 (UTC +04:00)
Bakı-Naxçıvan aviareysi ləngiyir.
Bakı-Naxçıvan aviareysi ləngiyir

Bakı. Taleh Mursaqulov - Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Naxçıvan reysi ləngiyir.

Şirkətdən Trend-ə bildiriblər ki, bu, Naxçıvandakı qatı dumanla əlaqədardır.

Qeyd olunur ki, Naxçıvan hava limanı hələlik uçuşları qəbul edə bilmir.

Bakı-Naxçıvan təyyarəsi səhər saat 08:00-da paytaxtdan havaya qalxmalı, 09:30-da Naxçıvanda yerə enməli idi.

Hava şəraiti yaxşılaşan kimi uçuş həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti