...

Gömrükdən ödənişsiz buraxılan məhsulların say və həcmi azaldıldı

İqtisadiyyat Materials 27 Noyabr 2018 09:05 (UTC +04:00)
Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarında dəyişikliklər edilib.
Gömrükdən ödənişsiz buraxılan məhsulların say və həcmi azaldıldı

Bakı. Elçin Mehdiyev - Trend:

Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarında dəyişikliklər edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara görə, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan və rüsum ödəmədən gömrük sərhədindən keçirilə bilən 3 litr alkoqollu içkinin həcmi 1,5 litrə, 600 ədəd siqaretin sayı isə 200 ədədə endirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti