...

PwC Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərə dair seminar keçirib

İqtisadiyyat Materials 24 Dekabr 2018 11:00 (UTC +04:00)
PwC Azərbaycan Vergi Məcəlləsinə və Azərbaycanın biznes qanunvericiliyinə digər əhəmiyyətli dəyişikliklərə həsr edilmiş seminar keçirib.
PwC Azərbaycan Vergi Məcəlləsinə dəyişikliklərə dair seminar keçirib

Bakı. Trend:

17 dekabr 2018-ci ildə PwC Azərbaycan Vergi Məcəlləsinə və Azərbaycanın biznes qanunvericiliyinə digər əhəmiyyətli dəyişikliklərə həsr edilmiş seminar keçirib. Seminar "Landmark Plaza"nın "Rotonda" zalında baş tutub.

“Seminarın məqsədi müştərilərimizi və daha geniş biznes icmasını qanunvericilikdə edilmiş mühüm dəyişikliklər barədə məlumatlandırmaqdan ibarətdir. Biznes mühitində baş verən sürətli dəyişikliklər dövründə, biz ölkənin işgüzar və investisiya mühitinin təkmilləşdirilməsi üzrə Azərbaycan Hökuməti ilə işləyərək, çevik olmağa və müştərilərimizə fəal şəkildə məsləhət xidmətləri göstərməyə çalışırıq”, - PwC-nin Azərbaycanda İdarəedici Partnyoru Mövlan Paşayev giriş sözündə qeyd edib.

Seminar Azərbaycanda PwC Şirkətinin vergi və hüquq xidmətləri üzrə lideri Arif Quliyevin rəhbərliyi və moderatorluğu ilə keçirilib. O, qanunvericilik prosesində dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Sessiyada 250-dən artıq şirkət rəhbəri, maliyyə direktoru və biznes sahibi iştirak edib.

Azərbaycanın reytinqini əks etdirən PwC “Paying Taxes” hesabatının son nəticələri PwC-nin Avrasiyada Vergi və Hüquq Xidmətləri üzrə lideri Maykl Aern tərəfindən təqdim edilib. Hesabata əsasən, bu il Azərbaycan vergilərin ödənilməsi üzrə 28-ci yeri tutur.

PwC-nin əsas məqsədi cəmiyyətdə etimad yaratmaq və mühüm problemləri həll etməkdir. Biz buna strategiyadan icrayadək vergi, hüquq, audit və məsləhət xidmətləri sahəsində müştərilərimizi maraqlandıran məsələlərin həllinə yönəldilmiş xidmətlər göstərməklə nail oluruq. PwC Azərbaycanda 6 ölkədən 140-dan artıq mütəxəssisimiz yeni perspektivlərin yaradılması və müştərilərimizə praktiki mәslәhәtlәrin verilməsi üçün öz bilik, təcrübə və fikirlərini bölüşür.

© 2018 PwC. Bütün hüquqlar qorunur. PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250,930 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir. Sizi maraqlandıran məsələlər haqqında daha ətraflı məlumat üçün: www.pwc.com/az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti