...

PwC Azərbaycan şirkətinin ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Biznes İslahatları sahəsində dövlət-biznes əməkdaşlığına dair öz fikilərini bölüşüb (FOTO)

İqtisadiyyat Materials 8 Aprel 2019 16:00 (UTC +04:00)
PwC Azərbaycan şirkətinin ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Biznes İslahatları sahəsində dövlət-biznes əməkdaşlığına dair öz fikilərini bölüşüb.
PwC Azərbaycan şirkətinin ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Biznes İslahatları sahəsində dövlət-biznes əməkdaşlığına dair öz fikilərini bölüşüb (FOTO)

Bakı. Trend:

PwC Azərbaycan şirkətinin ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev Biznes İslahatları sahəsində dövlət-biznes əməkdaşlığına dair öz fikilərini bölüşüb.

Şirkətdən Trend-ə verilən məlumata görə, PwC Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 5 aprel 2019-cu il tarixində Bakıda Four Seasons otelində təşkil edilmiş Konfransda çıxış etmək üçün dəvət edilib.

Konfransın mövzusu “Dövlət-Biznes Dialoqu Platforması və Biznes Mühiti və Beynəlxalq Reytinqlər Üzrə Komissiyanın Portalının” təqdimatından ibarət olub.

Əsas məruzəçi Mövlan Paşayev biznes-islahatların aparılması və belə dialoqun perspektivləri ilə bağlı dövlət-biznes əməkdaşlığının qabaqcıl praktikası barədə öz fikirləri ilə bölüşüb.

“Biznes islahatlar daimi prosesdir və onun əsas məqsədi dövlət və özəl sektorda maraqlı tərəflərin uzun müddət ərzində islahatları idarəetmə potensialını gücləndirməkdir”, Mövlan Paşayev öz nitqində söyləmişdir.

Mövlan Paşayev, həmçinin Azərbaycanın beynəlxalq reytinqlərdə qazandığı nailiyyətlər və beynəlxalq şirkətlərin Azərbaycan hökuməti ilə dialoqunu qeyd edib.

PwC təşkilatlara və fiziki şəxslərə qarşıya qoyulmuş məqsədlərinə nail olmaqda köməklik göstərir. PwC dünyanın 158 ölkəsində audit, vergi və məsləhət xidmətləri sahəsində yüksək keyfiyyətli xidmətlər göstərən 250,930 mütəxəssisin çalışdığı şirkətlər şəbəkəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti