...

Azərbaycanda özəlləşdirilən dövlət əmlaklarının borcları silinəcək (FOTO)

İqtisadiyyat Materials 15 Aprel 2019 12:23 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Azərbaycanda özəlləşdirilən dövlət əmlaklarının borcları silinəcək (FOTO)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsində bu ilin I rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, müşavirədə bildirilib ki, bu il əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biri də ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanundur.

Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır.

Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti