...

Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İqtisadiyyat Materials 17 İyul 2019 18:55 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101276S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı. Trend:

İyulun 17-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101276S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 19 investor tərəfindən qiyməti 99.4966 AZN (6.51 faiz) olan 33 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 975169,000 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə və orta ölçülmüş qiyməti 99.4966 AZN (6.51 faiz) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200 milyon AZN təşkil edib. Notlar avqustun 14-də ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti