...

“Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması qaydası” təsdiqləndi

İqtisadiyyat Materials 8 Avqust 2019 11:02 (UTC +04:00)
Nazirlər Kabineti “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması qaydası”nı təsdiq edib.
“Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması qaydası” təsdiqləndi

Bakı. İlhamə İsabalayeva - Trend:

Nazirlər Kabineti “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması qaydası”nı təsdiq edib.

Trend-in məlumatına görə, özünüməşğulluğa cəlb olunmuş şəxsə verilmiş əmlak geri alındıqda və bu əmlakın digər özünüməşğulluğa cəlb olunmuş şəxsə verilməsi mümkün olmadıqda, həmin əmlakın açıq hərraclarda satılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən satıcıya müraciət edilir və müqavilə bağlanılır.

Hərraca çıxarılan əmlakın qiymətləndirilməsi Satıcı tərəfindən təşkil edilir və “Qiymətləndirmə fəaliyyəti haqqında” qanununa müvafiq olaraq həyata keçirilir. İlkin satış qiyməti elan olunduqdan sonra iştirakçılar öz biletlərini qaldırmaqla, elan olunmuş qiymətə əmlakı almağa razı olduqlarını bildirirlər.

İlkin satış qiyməti iştirakçılar tərəfindən əlavə etmə yolu ilə artırılır. Hər yeni təklif ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Əmlakın satışı üzrə keçirilən ilk iki hərracda sifariş verilmədikdə (və ya əmlak satılmadıqda) üçüncü hərracda həmin əmlakın satış qiyməti ilkin satış qiymətinin 10 faizi həcmində, dördüncü hərracda ilkin satış qiymətinin 25 faizi həcmində, beşinci hərracda ilkin satış qiymətinin 50 faizi həcmində aşağı salınır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti