Bakı. Trend:
“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların ixracının genişləndirilməsi, istehsalın stimullaşdırılması məqsədi ilə Azərbaycan məhsulları 24-27 sentyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində təşkil edilcək “Worldfood 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunacaq.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan artıq 3-cü ildir ki, ənənəvi olaraq “Worldfood 2019” sərgisində tərəfdaş ölkə kimi iştirak edəcək.
Sərgidə müsabiqə yolu ilə müəyyən olunmuş 33 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirəcək. Ümumi sahəsi 415 kvadrat metr olan stenddə qida sənayesi, həmçinin şərab və digər spirtli içki məhsulları sərgi ziyarətçilərinə təqdim olunacaq.