Bakı. Trend:
Sentyabrın 20-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50202276S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən Trend-ə bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.8314 AZN (9.5 faiz) və 98.6195 AZN (6 faiz) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 milyon 592 min 200 AZN olub.
AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 98.6111 AZN (6.04 faiz), orta ölçülmüş qiyməti 98.6127 AZN (6.03 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon AZN təşkil edib.
Notlar dekabrın 16-da ödəniləcək.