...

Ötən il piyada keçidlərində 43 eskalator təmir edilib (FOTO)

İqtisadiyyat Materials 13 Yanvar 2020 13:08 (UTC +04:00)
2019-cu ildə yeraltı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb.
Ötən il piyada keçidlərində 43 eskalator təmir edilib (FOTO)

Bakı. Samir Əli - Trend:

2019-cu ildə yeraltı və yerüstü keçidlərin sıradan çıxmış 43 eskalatoru təmir edilərək işlək vəziyyətə salınıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, yeraltı və yerüstü piyada keçidlərinin sıradan çıxmış eskalatorları yerində təmiri mümkün olduğu təqdirdə agentliyin təmir briqadaları tərəfindən qısa müddət ərzində işlək vəziyyətə salınır. Təmiri mümkün deyilsə, ehtiyyat hissəsi xaricdən sifariş verilir. Sifariş çatdırılan kimi eskalatorlar təmir olunur.

2020-ci ilin əvvəlindən “Azneft dairəsi” və Sahil Metrostansiyası yaxınlığında, həmçinin Bayıl qəsəbəsində yerləşən piyada keçidlərinin sıradan çıxmış eskalatorları təmir edilib. Hazırda anoloji işlər bu kimi problemlər yaşanan digər keçidlərdə də aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti