...

Azərbaycanda tütün istehsalının artırılması planlaşdırılır

İqtisadiyyat Materials 19 May 2020 08:57 (UTC +04:00)
“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə şirkəti “Azərtütün” MMC 2019-cu ildə 12 450 ton yaşıl tütün emal edib və 2 080 ton quru tütün əldə edib
Azərbaycanda tütün istehsalının artırılması planlaşdırılır

Bakı. Fidan Babayeva - Trend:

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə şirkəti “Azərtütün” MMC 2019-cu ildə 12 450 ton yaşıl tütün emal edib və 2 080 ton quru tütün əldə edib.

Bunu Trend-ə “Azərbaycan Sənaye Korporasiyası”nın aqrar istehsal və ticarət departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə emal göstəriciləri ilə yanaşı, məhsulun keyfiyyətinin artması da qeydə alınıb və bu, ixrac potensialının və ixrac coğrafiyasının genişlənməsi üçün münbit şərait yaradıb.

Direktor qeyd edib ki, Oğuz rayonunda hazır tütün məhsulu istehsalı üzrə pilot layihə işə salınıb. Bu istiqamətdə işlər “Japan Tobacco International” şirkəti ilə birgə aparılır:

“Qeyd etmək lazımdır ki, ötən il əlverişsiz hava şəraiti, quraqlıq və su təchizatı ilə bağlı problemlər Şəki-Zaqatala regionunda məhsuldarlığa mənfi təsir göstərib”.

İ.Bayramov vurğulayıb ki, “Azərbaycanda tütün və tütün məmulatları istehsalının inkişafı üzrə Dövlət proqramı” çərçivəsində Yevlax, Şəki, Qax, Zaqatala və Balakən kimi rayonlardan bu məhsul barədə informasiya “Azexport” portalı vasitəsilə beynəlxalq elektron ticarət platformalarına inteqrasiya olunub. Onun sözlərinə görə, inteqrasiyadan sonra xam tütün icracı ilə müraciətlər çoxalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti