Bakı. Samir Əli - Trend:
Bakının Xətai rayonunda, Ukrayna dairəsində inşa edilən yerüstü piyada keçidində tikinti işləri başa çatdırılıb.
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Onun sözlərinə görə, hazırda keçiddə son tamamlanma işləri görülür: "Keçiddə işlər yekunlaşmaq üzrədir. Keçidin tikinti-quraşdırma işləri başa çatıb, ətraf ərazilərdə abadlaşdırma işləri aparılır. Yaxın vaxtlarda keçid istifadəyə veriləcək".
Xatırladaq ki, Ukrayna dairəsi üzərində inşa olunan iri yerüstü piyada keçidinin uzunluğu 76.50 metrdir. Keçidin daxili hündürlüyü 3.0 metr, keçidaltı qabariti 5.50 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Metal konstruksiyalı keçiddə 2 ədəd lift quraşdırılıb. Tikinti aliminium kompozit panel bəzək və şüşə örtükdən ibarətdir.