...

“Azərişıq” 2 region və 10 rayona yeni rəis təyin etdi

İqtisadiyyat Materials 12 İyun 2020 09:42 (UTC +04:00)
“Azərişıq”  2 region və 10 rayona yeni rəis təyin etdi

Bakı. Samir Əli - Trend:

İstehlakçılara göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək, aparılan yenidənqurma işlərini sürətləndirmək üçün müasir və innovativ düşüncəli, yeni texnologiyaları mənimsəmiş Ağıllı Şəbəkələrin elektron idarəetmə tələblərinə cavab verən peşəkar gənc kadrlar region və rayon elektrik şəbəkələrinə rəis təyin ediliblər.

“Azərişıq” ASC-dən Trend-ə verilən məlumata görə, Qərb və Şimal-Qərb Regional Enerji Təhcizatı və Satışı idarələrinə (RETSİ), həmçinin Quba, Şamaxı, Qax, Oğuz, Baləkən, Şəki, Ucar, Ağcəbədi ilə yanaşı paytaxt Bakının Səbail və Nərimanov rayon elektrik şəbəkələrinə yeni rəislər təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti