...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 25 Avqust 2020 18:51 (UTC +04:00)

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 45,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 44,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,3 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 44,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,24 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti