Şuşada Gövhər ağa məscidinə elektrik enerjisi verildi (VİDEO)

Bakı. Samir Əli - Trend:
"Azərişıq" ASC işğaldan azad olunan ərazilərimizin elkektrik enerjisi ilə təchizatına başlayıb.
Trend-in məlumatına görə, artıq Şuşa şəhərində bununla bağlı işlərə start verilib.
İlk olaraq Şuşadakı Gövhər ağa məscidi elektrik enerjisi ilə təchiz edilib.