...

Şuşa şəhəri ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin ediləcək - "Azərişıq" (VİDEO)

İqtisadiyyat Materials 16 Dekabr 2020 15:29 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.

"Azərişıq" ASC-dən Trend-ə verilən məlumata görə, artıq Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar yeni çəkilən elektrik veriliş xətti vasitəsiylə elektrik enerjisi ilə təmin olunub: "İndi əsas hədəfimiz Şuşa şəhərini də ən qısa vaxtda dayanıqlı elektrik enerjisi ilə təmin etməkdir. Bunun üçün artıq mal-material göndərilib, yeni xəttin çəkilişi ilə bağlı işlər görülür. Dağ və meşəlik həmçinin çətin relyefli ərazilər olmasına baxmayaraq “Azərişıq” ASC əməkdaşları qar və şaxtalı havada işlərini fədakarlıqla görür. Başqa bir təhlükə isə iş gedən ərazilərdə ermənilərin basdırdığı minalardı. Bu təhlükəni aradan qaldırmaq üçün ərazidə öncə mina axtaranlar işləyir. Müəyyən olunmuş layihə üzrə ərazilər minalardan təmizlənir, daha sonra isə xətlərin çəkilişi həyata keçirilir. Mümkün olan ən qısa vaxtda “Şükürbəyli” yarımstansiyasından qidalanmaqla Şuşa şəhəri elektrik enerjisi ilə təmin olunacaq.

Əmin edirik ki, işğaldan azad olunmuş torpaqlarımızın hər bir nöqtəsinin elektrik enerjisi ilə təmin edilməsi üçün "Azərişıq" ASC Dövlət başçısının müvafiq tapşırıqlarını ən qısa vaxtda layiqincə yerinə yetirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti