...

Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır

İqtisadiyyat Materials 10 Aprel 2021 15:36 (UTC +04:00)
Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır

Bakı. Fidan Babayeva - Trend:

Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında fəal iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Özbəkistanın İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Asadjin Xocayev Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında deyib.

Onun sözlərinə görə, ölkənin ən yaxşı mütəxəssisləri yaxın zamanlarda azad edilmiş ərazilərin infrastrukturunun bərpasına və inkişafına kömək göstərəcək: "Özbəkistan tərəfi türkdilli ölkələrlə əməkdaşlıqda maraqlıdır və bunu bütün istiqamətlərdə inkişaf etdirməyə hazırdır".

(Tərcümə: Orxan Nəb)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti