...

Bu gün PwC Azərbaycan və PAŞA Bank Fairmont otelində pandemiyadan sonrakı dövrdə biznesin transformasiya proseslərini müzakirə edib

İqtisadiyyat Materials 25 May 2021 11:49 (UTC +04:00)
Bu gün PwC Azərbaycan və PAŞA Bank Fairmont otelində pandemiyadan sonrakı
dövrdə biznesin transformasiya proseslərini müzakirə edib

Bakı. Trend:

Bu gün 24 may 2021-ci il tarixində PwC Azərbaycan, PAŞA Bank ilə birgə pandemiyadan sonrakı dövrdə biznes dəyişiklikləri və meqatendensiyalar mövzusunda hibrid konfrans təşkil edib. Tədbir Fairmont otelində keçirilib. Görüş canlı müzakirə və onlayn yayımı əhatə edən innovativ formatda təşkil edilib. Tədbirdə özəl və dövlət sektorlarından 70-dən çox rəhbər iştirak edib.

Gələcəyə uyğunlaşma və qeyri-müəyyən zamanlarda aktuallığın qorunub saxlanması – bu, “PwC” və “PAŞA Bank”ı təmsil edən məruzəçilərin konfransdakı çıxışlarının əsas mesajı olub. Konfransda əsas məruzələrlə “PAŞA Bank”-ın İdarə Heyətinin üzvü Cəlal Orucov və “PwC”nin Çexiya Ofisinin Məsləhət xidmətləri üzrə Partnyoru Mayk Cenninqs çıxış edib, “PwC”-nin Partnyoru, Azərbaycan üzrə Məsləhət Xidmətləri Departamenti və Avrasiya üzrə Texnologiya Lideri Emin Şıxqayıbov, “PAŞA Bank”-ın İdarə Heyəti Sədrinin müavini Cavid Quliyev və “PAŞA Bank”-ın İdarə Heyətinin üzvü Cəlal Orucovun iştirakı ilə panel müzakirələri keçirilib. “PwC” Azərbaycan şirkətinin Ölkə üzrə İdarəedici Partnyoru Mövlan Paşayev panel müzakirələrin moderatoru qismində çıxış edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov qeyd edib ki, yalnız müştəri təcrübəsinə sərmayə yatıran və onların ehtiyaclarını düzgün şəkildə müəyyənləşdirən, dəyişikliklərə anında uyğunlaşan və çevik qərar qəbuletmə bacarığına malik olan şirkətlər gözlənilməz gedişatlarda belə uğur qazana bilər.

Tədbirin moderatoru Mövlan Paşayev PwC-nin “ADAPT” yanaşmasından danışıb və “PwC” Azərbaycanın 4-cü İllik Qlobal CEO Sorğusunun əsas nəticələri barədə müzakirələr aparıb.

“PwC” Azərbaycanın keçirdiyi 4-cü illik CEO Sorğusunda "121 CEO-nun cavablarına görə, CEO-ların 60% rəqəmsal transformasiyaya sərmayə qoymağı planlaşdırır, onların 67% isə hesab edir ki, ixtisaslı, savadlı və adaptasiya olunan işçi qüvvəsi biznesin əsas prioritetidir.

Bu, Azərbaycanda CEO-ların süni intellektə, robototexnikaya və digər yeni texnologiyalara əsaslanan sürətlə inkişaf edən ölkələrin iqtisadiyyatlarında gələcək uğurlar üçün rəqəmsallaşdırma və ixtisasartırma işlərinin həlledici əhəmiyyət daşıdığını nəzərə alsaq, birbaşa göstəricidir", - deyə cənab Paşayev öz çıxışında bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti