...

Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün kvota artırılıb

İqtisadiyyat Materials 29 İyun 2021 18:12 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün kvota artırılıb

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanla Türkiyə arasında ikitərəfli tranzit daşımaları üçün verilən buraxılış sənədinin kvotası 31 faiz, yəni 35 mindən 46 minədək artırılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, bundan başqa, üçüncü ölkələrə tranzit daşımaları üçün kvota 2,5 mindən 3 minədək artırılıb.

Nazirliyin məlumatına əsasən, 2021-ci il üçün əlavə 8 min buraxılış sənədi verilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti