Bakı. Sədrəddin Ağcayev - Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 83,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 82,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,98 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 77,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,03 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 81,41 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,05 dollar/barel azdır.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)