...

Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq

İqtisadiyyat Materials 30 Noyabr 2021 13:35 (UTC +04:00)
Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq

Trend-i buradan izləyin

Bakı. Sədrəddin Ağcayev Trend:

Azərbaycanda müxtəlif sığorta növləri ilə üzrə vahid mobil tətbiq hazırlanacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru Vüsal Qurbanov deyib.

Onun sözlərinə görə, həmin tətbiq vasitəsilə sığorta xidmətlərini əldə etmək və müddətini uzatmaq mümkün olacaq.

"Bundan başqa mobil tətbiq vasitəsilə Mərkəzi Bank vətəndaşların sığorta şikayətlərini və sığorta hadisələrini, sığorta şirkətləri tərəfindən müstəqil ekspertlərin seçilməsini izləyə biləcək. Tətbiqin istifadəçiləri öz sığorta hadisələrinin tarixini və hər hansı məsələnin həlli prosesini izləmək imkanı qazancaq", - deyə o, bildirib.

V.Qurbani əlavə edib ki, bütün müstəqil ekspertlər təsadüfi üsulla seçiləcək və Mərkəzi Bankın reyestrinə daxil olacaq.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti