...

"PwC Azərbaycan" Qarabağ Dirçəliş Fondunun audit partnyoru seçilib

İqtisadiyyat Materials 24 Dekabr 2021 15:15 (UTC +04:00)
"PwC Azərbaycan" Qarabağ Dirçəliş Fondunun audit partnyoru seçilib

Bakı. Trend:

“PwC Azərbaycan” şirkəti Qarabağ Dirçəliş Fondunun 1 il müddətinə auditoru kimi təsdiqlənib.

Bu haqda qərar, Fondun 20 dekabr 2021-ci il tarixində keçirilən Müşahidə Şurasının iclasında verilib. Müşahidə Şurası tərəfindən bir neçə auditor şirkətinin təklifləri nəzərdən keçirilib və “PwC Azərbaycan” şirkətinin təklifi qəbul olunub.

İclasda Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri — Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Milli Məclisin deputatı Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycanın Xalq artisti Alim Qasımov və eyni zamanda Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

Biz “PwC Azərbaycan” olaraq, şirkətimizə həvalə olunan məsuliyyətli iş və göstərilən etimada görə qürur duyur və Fondun Qarabağın dirçəlməsi istiqamətində görülən işlərdə töhfəmizi verməyə hazır olduğumuzu bildiririk. Qarabağ torpaqlarını dirçəltmək hər birimizin mənəvi borcu və ən başlıca vəzifəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti