Bakı. Elçin Mehdiyev - Trend:
2021-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 9 milyard 163,4 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, məhsulun 4 milyard 652,4 milyon manatı heyvandarlıq, 4 milyard 511,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
2020-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4,0 faiz artıb.