...

PwC Azərbaycanın sponsorluğu ilə “Enactus - Network Leadership Summit 2022” baş tutub (FOTO)

İqtisadiyyat Materials 3 Mart 2022 10:22 (UTC +04:00)

Bakı. Trend:

PwC Azərbaycan şirkəti Enactus Azərbaycan tərəfindən Tələbə Gənclər Təşkilatı İttifaqının və Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil edilmiş “Enactus - Network Leadership Summit 2022”-nin əsəs sponsorlarından biri olmuşdur.

Cənubi Qafqaz regionunda ilk dəfə Bakının ev sahibliyi etdiyi “Network Leadership Summit 2022” tədbirində Enaktus platformasına üzv olan 25 ölkənin 60-dan çox üzvü iştirak edib.Tədbirinin gündəliyi üzv ölkələrin proqram rəhbərlərinin ötən müddət ərzindəki fəaliyyəti, 2023-2025-ci illər üzrə mümkün tədbirlər planı və növbəti dünya kuboku müsabiqəsinin müzakirə edilməsinə həsr edilib.

Bağlanış mərasimində PwC Azərbaycanın Audit üzrə Partnyoru Fəxri Mustafayev çıxış edərək bildirib ki, PwC Azərbaycan şirkəti gənclərə sərmayə qoymaqla cəmiyyətin gələcəyinə sərmayə qoyur və daha dayanıqlı dünya qurmağa töhfə verir: “Gələcəyin liderləri aramızda böyüyür və biz dünyanın inkişafı naminə innovasiya və biznes prinsiplərindən istifadə etmək üçün gələcək nəsil sahibkar liderlərin cəlb edilməsinə şirkətimiz tərəfindən tam dəstək verməyə hazırıq. Bizim missiyamız fərdlərin xarici dünyaya hazırlanmasına dəstək olmaqdır”, - deyə Fəhri Mustafayev yekun nitqində bildirib.

PwC daim sahibkarlıq fəaliyyəti vasitəsilə tələbələri dünyanı inkişaf etdirməyə ruhlandırmaq üçün onlara dəstək olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti