Tərtər. Trend:
Dövlət başçısının tapşırığına əsasən, biz bir müddət öncə Suqovuşanda olduq. Burada turizmin inkişafı üçün konsepsiya hazırladıq. Həmin konsepsiyaya əsasən, biz burada artıq o işlərin başlanmasını görürük.
Trend xəbər verir ki, bunu Suqovuşanda jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sektor müdiri Elgün Cavadov bildirib.
Onun sözlərinə görə, bu ərazidə su anbarının ətrafında müxtəlif turizm zonalarının yaradılması nəzərdə tutulur.
"Arxada gördüyünüz hissədə istirahət yerlərinin inşası nəzərdə tutulub. Artıq cənab Prezident tərəfindən burada təməlqoyma mərasimi olub. Zonalara görə bura gələn turistlər üçün, xüsusilə, Naftalandan gələn turistlər üçün istirahət düşərgələrinin yaradılması planlaşdırılır. Gələcəkdə də su anbarı ətrafında olan ərazilərin abadlaşdırılması nəzərdə tutulur. Burada parklanma və iaşə zonaları da inşa olunacaq. Bütün bu inşaat işlərinin aparılması üçün ilkin olaraq 5 hektar ərazi ayrılıb".