...

Azərbaycan daşıyıcıları kombinə yük daşımalarında iştirak etməyə hazırdır - DANX

İqtisadiyyat Materials 19 May 2022 11:19 (UTC +04:00)
Azərbaycan daşıyıcıları kombinə yük daşımalarında iştirak etməyə hazırdır - DANX
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan daşıyıcıları kombinə yük daşımalarında iştirak etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayev "Azərbaycanda beynəlxalq avtomobil daşımalarının inkişaf perspektivləri" mövzusunda konfans zamanı deyib.

Onun sözlərinə görə, bu sektor sürətlə inkişaf edir və təkcə daxili bazar üçün deyil, həm də bütün region üçün yeni imkanlar yaradır.

O, həmçinin qeyd edib ki, Azərbaycanda yük və sərnişin daşımalarının maneəsiz həyata keçirilməsi üçün işlər aparılır.

"2015-ci ildə Azərbaycan ərazisində 155 min şirkət yük daşımaları həyata keçirirdisə, indi bu göstərici 240 mini ötüb", - deyə o bildirib.

A.Rzayev əlavə edib ki, istirahət zonalarının yaradılması, sürücülərə beynəlxalq standartlara uyğun xidmətlərin təklifini nəzərdə tutan yeni avtomobil yolları modeli formalaşdırılır.

"Həmçinin, qeyd etmək istəyirəm ki, mövcud reallıqlar regionumuza yük axınının cəlb olunmasını tələb edir. Ölkəmiz icazə blanklarının sayını artırmağa hazırdır. Azərbaycan daşıyıcıları kombinə yük daşımalarında iştirak etməyə hazırdır. Bu işlərin reallaşdırılması üçün bizim kifayət qədər bazamız var", - o deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti