...

Azərbaycan nefti beş dollardan çox bahalaşıb

İqtisadiyyat Materials 8 İyul 2022 10:23 (UTC +04:00)
Azərbaycan nefti beş dollardan çox bahalaşıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 7-də 119,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,11 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 118,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 5,1 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,67 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 114,63 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,68 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti