...

ABŞ-da Orta Dəhlizin inkişaf perspektivlərinə dair konfrans keçiriləcək

İqtisadiyyat Materials 8 Dekabr 2022 13:20 (UTC +04:00)
ABŞ-da Orta Dəhlizin inkişaf perspektivlərinə dair konfrans keçiriləcək
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Orta Dəhliz: İqtisadiyyatların limanlar və hava daşımaları vasitəsilə əlaqələndirilməsi” mövzusunda konfrans Baltimordakı Dünya Ticarət Mərkəzində keçiriləcək.

Bu barədə Trend "Kənd təsərrüfatında yeni sərhədlərin müəyyənləşdirilməsi" qeyri-kommersiya beynəlxalq inkişaf təşkilatına istinadən xəbər verir.

Tədbir ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı təşkilatçılığı ilə Qlobal Palata və Azərbaycanın ABŞ-dakı səfirliyi ilə birgə təşkil olunacaq.

"Orta Dəhliz [Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu] Mərkəzi Asiya, Cənubi Qafqaz və Şərqi Avropanın iqtisadiyyatlarını birləşdirən tranzit marşrutudur. Bu sənaye konfransı zamanı idxalçılar, ixracatçılar, yükgöndərənlər, yük alanlar, ekspeditorlar fikir mübadiləsi aparmaq və Azərbaycanda, Mərkəzi Avrasiya regionunda və onun hüdudlarından kənarda hava yükdaşımaları və limanların inkişafı məsələlərini müzakirə etmək imkanı əldə edəcəklər”, - təşkilatın bəyanatında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti