...

"gov.az" domeninin 40-a qədər saxta oxşarı bloklanıb

İqtisadiyyat Materials 23 Dekabr 2022 11:57 (UTC +04:00)
"gov.az" domeninin 40-a qədər saxta oxşarı bloklanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda "gov.az" domen zonasında dövlət qurumlarına aid 730 domen və 1310 subdomen var.

Trend-in məlumatına görə, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov bu gün jurnalistlərə açıqlamasında deyib.

T.Məmmədovun sözlərinə görə, hakerlər "gov.az" domeninə oxşar saxta domenlər hazırlayıb:

"Qeyd etdiyim 730 domen adına bağlı informasiya ehtiyatlarının 540-ı hazırda XRİTDX data mərkəzində ödənişsiz olaraq saxlanılmaqdadır.

Bu vaxta qədər "gov.az" domeninin 40-a qədər oxşarını hazırlayıblar və biz onun bloklanmasını həyata keçirmişik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti