...

İZİA-nın sənaye parklarının rezidentləri 436 milyon manatdan çox qənaət edib

İqtisadiyyat Materials 1 Fevral 2023 14:32 (UTC +04:00)
İZİA-nın sənaye parklarının rezidentləri 436 milyon manatdan çox qənaət edib
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ƏDV və gömrük güzəştləri nəticəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parkları bu günədək 436,4 milyon manatdan çox qənaət edib.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O, sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli mühitin formalaşdığını qeyd edib.

"Beləliklə, sənaye parklarının rezidentləri qeydiyyat tarixindən etibarən 10 il ərzində əmlak vergisindən, torpaq vergisindən və gəlir vergisindən azad olur, 10 il müddətində istehsalat məqsədləri ilə texnika, texnoloji avadanlıq və qurğular gətirdikdə ƏDV-dən və gömrük rüsumlarından azad olur (gömrük rüsumundan azad olma müddəti 2023-cü il 1 yanvar tarixindən etibarən tətbiq olunur)", - o deyib.

Xatırladaq ki, bu günədək 116 sahibkarlıq subyekti rezident statusu alıb və onlardan 65-i artıq istehsalat fəaliyyətinə başlayıb. İnvestisiyaların ümumi həcmi təqribən 7 milyard manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti