...

TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin rəqəmsallaşdırılması üzrə işçi qrup yaradacaq

İqtisadiyyat Materials 20 Fevral 2023 10:10 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

TRACECA-ya üzv ölkələr Avropa-Qafqaz-Asiya dəhlizinin rəqəmsallaşdırılması məsələləri üzrə işçi qrupun yaradılması qərarını təsdiqləyiblər.

Bu barədə Trend-ə "TRACECA" Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin mətbuat xidmətindən bildiriblər.

Təsdiqlənmiş sənədlər içərisində həmçinin sərhədlərin kəsişməsi və avtomobil nəzarət məntəqələri üzrə qaynar xətt konsepsiyasının yeni redaksiyası və TRACECA dəhlizinin marşrutları üzrə statistik məlumatların formalaşması, həmçinin sərhədlərin kəsişməsi prosedurlarını yüngülləşdirmək və TRACECA dəhlizi ilə daşınan yük həcmlərinin hesablanmasının effektivliyini artırmaq məqsədi güdən "Multimodal daşınmaların hüquqi əsasları"nın icmalı öz əksini tapıb.

"TRACECA-ya üzv ölkələr həmçinin Xəzər dənizi ilə yüklərin daşınması üçün təklif edilən gəmi konsepti üzrə əsas çoxtərəfli sazişlərdə maraqlı tərəflər üçün sənədlərin təkmilləşdirilməsi, TRACECA Fondu və İşgüzar Şurasının yaradılması, peşəkar sürücülərin Avropa-Qafqaz-Asiya dəhlizi ilə vizasız daşımaları haqqında razılaşmalar istiqamətində fəaliyyəti müzakirə ediblər və bunu davam etdirmək niyyətindədirlər", - mətbuat xidmətindən bildiriblər.

Bundan başqa, Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin üzv ölkələri əsas çoxtərəfli saziş tərəflərinin 2016-2026-ci illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə gördükləri işi, habelə beynəlxalq avtomobil daşımaları üçün TRACECA icazələr sisteminin fəaliyyətinin nəticələrini müsbət olaraq dəyərləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti