...

Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə işçi qrup yaradılıb

İqtisadiyyat Materials 2 Mart 2023 14:16 (UTC +04:00)
Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə işçi qrup yaradılıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev "Alternativ maliyyə bazarlarının Azərbaycanda inkişaf perspektivləri" mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, İslam bankçılığı son 20 ildəki qlobal dəyişikliklər və mənfi təsirlərin fonunda yeganə davamlı platforma olaraq qalıb.

"Azərbaycanda İslam bankçılığının tətbiqi üzrə müvafiq işçi qrup yaradılıb. Azərbaycanda İslam bankçılığı vasitələrinin tətbiqi ölkənin maliyyə sektorunu gücləndirəcək", - o deyib.

Z.Nuriyev bank infrastrukturu və texnologiyalar nöqteyi-nəzərindən ölkəmizin İslam bankçılığı elementlərinin qısa zamanda tətbiqinə hazır olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti