...

Bu tarixdən etibarən Bakı-Mahaçqala uçuşları başlayır

İqtisadiyyat Materials 3 Mart 2023 14:06 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti martayından etibarən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, aviaşirkətin Bakı-Mahaçqala-Bakı marşrutu üzrə ilk reysi martın 15-də həyata keçiriləcək. “Buta Airways” aviaşirkəti bu istiqamətdə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək.

Mahaçqala Xəzər dənizinin sahilində yerləşən, mədəni və tarixi əhəmiyyəti ilə səyahətçiləri cəlb edən bir şəhərdir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti