...

Bakıda FINTEX sammiti keçiriləcək

İqtisadiyyat Materials 27 Mart 2023 11:50 (UTC +04:00)
Bakıda FINTEX sammiti keçiriləcək

Bakı. Trend:

Bakıda FINTEX (MALİYYƏ VƏ TEXNOLOGİYALAR EXPO) sammiti keçiriləcək.

Azərbaycan Banklar Assosiasiyasından Trend-ə verilən məlumata görə, samit VISA ilə əməkdaşlıq çərçivəsində, “Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusunda 13-14 iyun 2023-ci il tarixlərində Bakıda keçiriləcək.

Sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti