...

Ötən il nağdsız ödənişlərin həcmi 49 mlrd. manat olub

İqtisadiyyat Materials 28 Fevral 2024 15:57 (UTC +04:00)
Ötən il nağdsız ödənişlərin həcmi 49 mlrd. manat olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023- cü ildə ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, təmassız texnologiyaların, elektron ticarətin istifadəsi genişlənib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”na istinadən xəbər verir.

Belə ki, 01.01.2024-cü il tarixinə dövriyyədə olan ödəniş kartlarının sayı 16.9 mln. ədəd təşkil etmiş və bu kartların 77%-i təmassız ödənişləri dəstəkləyib.

2022- ci il ilə müqayisədə ödəniş kartlarının sayı 24%, o cümlədən təmassız kartların sayı 32% artıb.

Emissiya edilən ödəniş kartlarının 87%-ni (14.7 mln. ədəd) debet kartlar, 13%-ni (2.2 mln. ədəd) isə kredit kartları təşkil edib. 2023-cü il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2022-ci il ilə müqayisədə 56% artaraq 88.1 mlrd. manat, o cümlədən nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 49 mlrd. manat olub.

Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi 2022-ci il ilə müqayisədə 12.4% bəndi yüksələrək 55.6%-ə bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti